AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

  • + A
  • - A
  • Bu gün, 12:00

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

    7 vaqondan ibarət, çəkisi 242 ton olan propan 24 avqust tarixində "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

    İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

    Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR