AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

  • + A
  • - A
  • Bu gün, 08:56

    BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

    1991-ci ilin bu günündə Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında muxtar respublika ərazisində Sov.İKP-nin və komsomol təşkilatının fəaliyyətinin dayandırılması və onların əmlakının milliləşdirilməsi haqqında qərar çıxarılıb. 

    Ali Məclis, həmçinin Moskvada kommunist-revanşist qüvvələrin “avqust qiyamı”nı pisləyən bəyanat qəbul edib.

    Bəs, avqustun 27-də dünyada daha hansı hadisələr baş verib?

    1. 27 avqust 1389-cu ildə Osmanlı ordusu serbləri Kosova meydanı müharibəsində məğlub etdi. Sultan 1-ci Murad qələbədən sonra döyüş meydanını gəzərkən yaralı bir serb əsgəri tərəfindən öldürüldü.

    2. 27 avqust 1922-ci Türk ordusu yunan işğalı altındakı Afyonu xilas etdi.

    3. 27 avqust 1950-ci ildə BBC dünyada ilk xarici televiziya yayımını həyata keçirdi.

    4. 1955-ci ilin bu günündə “Ginnesin rekordlar kitabı” ilk dəfə Böyük Britaniyada “Ginness” pivə zavodunun sifarişi ilə nəşr edilib. Çox keçmədən Britaniya bestselleri olub. Hazırda isə dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur.

    5. 27 avqust 1979-cu ildə Türk Hava Yollarının Frankfurt bürosuna terror təşkilatı ASALA tərəfindən bombalı hücum edildi.

    6. 27 avqust 1973-cü ildə Türkiyə-İraq Neft Kəməri Müqaviləsi imzalandı.

    7. 27 avqust 1978-ci ildə Birma Hava Yollarına aid bir təyyarə havada partladı, göyərtədəki 14 nəfər həlak oldu.

    8. 27 avqust 1982-ci idə Türkiyənin Ottavadakı səfirliyinin hərbi attaşesi Atilla Altıkat terror təşkilatı ASALA tərəfindən təşkil olunan silahlı hücumda şəhid oldu.

    9. 27 avqust 1991-ci ildə Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə Leninin şəhərin mərkəzi meydanındakı heykəli sökülüb. Onun adını daşıyan meydanın adı dəyişdirilərək “Azadlıq meydanı” adlandırılıb.

    10. 27 avqust 2002-ci ildə Tokioda bir məhkəmə ilk dəfə Yaponiyanın 2-ci Dünya müharibəsində və ondan əvvəl bioloji silahdan istifadə etdiyini qəbul etdi.

    11. 27 avqust 2007-ci ildə Yunanıstanın Mora yarımadasının üçdə ikisinə təsir edən və fövqəladə hal elan edilməsinə səbəb olan meşə yanğınlarında 62 insan həlak oldu.

    Avqustun 27-də bu şəxsiyyətlər xatırlanır:

    1. 27 avqust 1918-ci ildə Əməkdar rəssam Ənvər Almaszadə (1918 – 6.3.2007) Bakıda doğulub. Akademik Opera və Balet Teatrında rəssam (1937–1992) işləyib.

    2. 27 avqust 1921-ci ildə yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 – 18.1.1983) Xızıda doğulub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru” və s. pyeslərin, “Bahar оğlu”, “Məşəl” kitablarının müəllifidir. “Kirpi” jurnalının baş redaktoru olub.

    3. 27 avqust 1928-ci ildə Əməkdar rəssam Nadir Zeynalov (1928 – 16.3.1987) anadan olub.

    4. 27 avqust 1929-cu ildə Əməkdar mədəniyyət işçisi, aktyor, rejissor Məmmədkamal Kazımov (1929 – 13.12.2005) Bakıda anadan olub. Akademik Dram, Sumqayıt, Ağdam teatrlarında çalışıb, filmlərdə çəkilib.

    5. 27 avqust 1942-ci ildə ərəbşünas alim, akademik Vasim Məmmədəliyev (1942 – 13.10.2019) Bakıda anadan olub. “Qurani Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, “Quran və elm” və s. monoqrafiyaların, dərsliklərin müəllifidir.

    6. 27 avqust 1998-ci ildə görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 – 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “O dünyadan salam” və s.

    7. 27 avqust 2022-ci ildə Azərbaycan miniatür sənətinin tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə (7.12.1947 – 2022) vəfat edib.(Bizim.Media)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR