Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda bu gün daha iki matç baş tutacaq.
Günün ilk görüşündə, saat 15:30-da Niderland və Belçika yığmaları üz-üzə gələcəklər.
Saat 18:30-da isə Portuqaliya millisi Rumıniya ilə qarşılaşacaq.
Belçika 11 xalla 1-ci, hərəyə 8 xalı olan Niderland və Azərbaycan milliləri 2-3-cü pillələrdə qərarlaşıb. Portuqaliyanın 3, Rumıniyanın 2, İspaniyanın 1 xalı var.
Qeyd edək ki, C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.