AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vefa Esthetıc Center” MMC-yə məxsus özəl tibb müəssisəsində bir sıra qanun pozuntuları üzə çıxıb

  • + A
  • - A
  • Bu gün, 14:09

    “Vefa Esthetıc Center” MMC-yə məxsus özəl tibb müəssisəsində bir sıra qanun pozuntuları üzə çıxıb


    “Vefa Esthetıc Center” MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları üzə çıxıb.
    Yoxlama zamanı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb olunmadığı, o cümlədən “Kosmetologiya” işi üzrə həkimin qanunvericilikdə nəzərdə tutulan sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb.
    Bundan başqa, müəssisənin lisenziyasında göstərilən işlərdən kənar fəaliyyət göstərdiyi də müəyyən olunub. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi əsasında “endokrinoloq” vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması faktı aşkarlanıb.
    // Trend


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR