AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

  • + A
  • - A
  • Bu gün, 16:54

    Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir

    Rusiya-Ukrayna müharibəsi həm Qara dənizlə bağlı, həm də qlobal ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problem olaraq qalmaqda davam edir.

    Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Məkkə Müdafiə İttifaqının ilk toplantısından sonra brifinqdə deyib.

    Fidan Rusiya və Ukraynadan dünya bazarlarına çatdırılmalı olan taxıl məhsullarının daşınmasında yaranan problemlər səbəbindən bir çox ölkənin Türkiyəyə müraciət etdiyini bildirib:

    "Bizim hazırladığımız bir layihə var. Bu layihə ilə bağlı hər iki tərəflə təmasdayıq. Yəni keçmişdə etdiyimiz kimi lazımi şərtlər yaranarsa, xüsusilə "Taxıl sazişi"nə bənzər daha bir saziş əldə etmək üçün çalışırıq".

    Müharibənin getdikcə daha dağıdıcı xarakter aldığını bildirən Türkiyə XİN rəhbəri qeyd edib ki, bunun qarşısı mütləq alınmalıdır:

    "Həm tərəflərin bir-birinə daha çox dağıdıcı zərər vurmasının, həm də regiona dəyən zərərin qarşısını almaq lazımdır. Bu istiqamətdə fəaliyyətimiz davam edir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR