Çərşənbə axşamına keçən gecə Rusiya qoşunları Kiyevdəki dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib, hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb.
Bu barədə "Facebook"da UDY-nin rəhbəri Aleksandr Pertsovski məlumat paylaşıb.
Onun sözlərinə görə, hədəf əvvəlcədən müəyyənləşdirilib, bir əməkdaş yaralanaraq xəstəxanaya yerləşdirilib, ona lazımi yardım göstərilir.
Şirkət rəhbəri genişmiqyaslı dağıntılar barədə danışıb: deponun yaxınlığında sex tamamilə dağılıb, xilasedicilər hələ də bir sıra yanğın ocaqlarını söndürürlər.
Zərbə səbəbindən iki xəttdə hərəkət müvəqqəti olaraq bağlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.