Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Zabrat qəsəbəsində Yeni Sahənin, M. İbrahimov, Turgenev, Ş. Əzizbəyov, Aydınlıq, X. Vəliyev, Vaqif, Nizami, Vidadi, N. Nərimanov, R. Axundov, Ə. Məmmədov küçələrinin, Zərkənd və İstixana ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.