AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Baş nazirinin müavini: Ermənistan Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı rəsmi müraciət etməyib

  • + A
  • - A
  • Bu gün, 19:45

    Rusiya Baş nazirinin müavini: Ermənistan Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı rəsmi müraciət etməyib

    Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan tərəfinin Cənubi Qafqaz Dəmir Yolu şirkətinin konsessiyasının verilməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.
    Ermənistan hakimiyyəti Cənubi Qafqaz Dəmir Yolu şirkətinin konsessiyasının verilməsi məsələsi ilə bağlı Rusiya tərəfinə hər hansı rəsmi müraciət göndərməyib. Bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
    Onun sözlərinə görə, məsələ indiyədək ətraflı müzakirə olunmayıb və Ermənistan tərəfindən bu istiqamətdə heç bir rəsmi sorğu daxil olmayıb.
    Overçuk qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “Rusiya Dəmir Yolları” (RJD) şirkətinin sanksiyalar səbəbindən Ermənistan üçün guya “toksik” olduğunu bildirir.
    Lakin Rusiya Baş nazirinin müavini bu fikirlə razılaşmayıb. O xatırladıb ki, “Rusiya Dəmir Yolları” Rusiyanın ərazisindən, o cümlədən Avropaya tranzit yüklərin daşınması üzrə fəaliyyətini davam etdirir.
    Overçukun sözlərinə görə, RJD-nin “toksik” və ya sanksiyaya məruz qalan şirkət olması məsələsi əvvəllər heç vaxt gündəmə gətirilməyib və bunu ilk dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan qaldırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR