Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dünyada neftə olan tələbat tədricən bərpa olunur.
Novak jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, bunu OPEC katibliyinin və sahə üzrə ekspertlərin məlumatları da təsdiqləyir.
“Ekspertlərin və OPEC katibliyinin qiymətləndirmələrinə əsasən, bəli, neftə tələbat bərpa olunur. Biz bunu görürük”, – deyə Novak bildirib.
Onun sözlərinə görə, bu həftə yanacaq bazarında vəziyyət daha sabit xarakter alıb. Buna səbəb daxili bazarın neft emalı zavodlarından əlavə yanacaq həcmləri əldə etməsidir.
Novak həmçinin bildirib ki, OPEC+ ölkələri qarşıdakı görüşdə dünya neft bazarındakı vəziyyəti müzakirə edəcəklər. Hazırda neft hasilatının əlavə könüllü şəkildə azaldılması məsələsinin gündəmdə olmadığını deyib.
“Düşünürəm ki, hazırda bazarda yaranmış vəziyyətdə hasilatın azaldılmasından söhbət getmir. Görürük ki, bazarda onsuz da defisit var”, – Rusiya baş nazirinin müavini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.