AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

  • + A
  • - A
  • Bu gün, 16:26

    Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

    Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 182,54 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

    Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,6 % çoxdur.

    Avqust ayında Türkiyə Azərbaycana 22,183 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 21 % azdır.

    Yanvar-avqust aylarında Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 11,3 % artaraq 12,654 milyard ABŞ dollarına, avqust ayında isə 15,9 % artaraq 1,725 milyard ABŞ dollarına çatıb.

    Türkiyədən ən çox elektrik məhsulları idxalını Böyük Britaniya 1 milyard 243,127 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 9,7 % çox), Almaniya 996,381 milyon ABŞ dolları (41,8 %) və ABŞ 969,806 milyon ABŞ dolları (8,5 % çox) dəyərində həyata keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR