AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

  • + A
  • - A
  • Bu gün, 13:55

    Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

    Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır.

    Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

    O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərinə dair heç bir konkretlik yoxdur:

    "Ali səviyyəli hər hansı görüşlərlə bağlı heç bir konkretlik yoxdur. Əgər Rusiya-ABŞ görüşündən danışırıqsa, dövlət başçısı buna hazırdır".

    O həmçinin xatırladıb ki, prezidentlər öz telefon danışıqlarında zərurət yaranarsa, daha bir görüş keçirməyə hazır olduqlarını həmişə vurğulayırlar.

    Daha əvvəl, ABŞ lideri Donald Tramp da Vladimir Putinlə tezliklə yeni şəxsi görüş keçirə biləcəyini istisna etməmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR