AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

  • + A
  • - A
  • Bu gün, 10:05

    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün iki mühüm müqavilənin imzalanacağını açıqlayıb.

    Bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

    "Bu gün "Abşeron" yatağının II mərhələsinin işlənməsi üzrə müqavilə imzalanacaq ki, bu da 3-4 ildən sonra Azərbaycanda qaz hasilatını daha 5 milyard kubmetr artıracaq. "Exxon" şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənməsi üzrə daha bir müqavilə imzalanacaq", - dövlət başçısı deyib.

    Prezident İlham Əliyevin sözlərinə görə, beləliklə, neft-qaz sektoru əvvəlki kimi ən cəlbedici seqmentlərdən biri və investisiya həcmləri baxımından ən böyük seqment olacaq: "Bu, uzunmüddətli perspektivdir".

    Azərbaycan Prezidenti vurğulayıb ki, hazırda qalıq yanacağına münasibətdə əsas avroatlantik trend ABŞ Prezidenti Donald Trampın sayəsində dəyişib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR