AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

  • + A
  • - A
  • Bu gün, 15:16

    YAP nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər


    "Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri ilə birlikdə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət etdik".
    Bu sözləri sosial media hesabında yazan Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmək hər bir azərbaycanlı üçün böyük mənəvi dəyər daşıyır. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə misilsiz xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq.

    Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub.

    Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayı oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

    #MilliMəclis #MillətVəkili #MəşhurMəmmədov #YAP





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR