Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində şəhəri iki hissəyə ayıran Dnepr çayı üzərindəki əsas körpü vurulub.
Zərbələr nəticəsində zədələnən körpü nəqliyyat üçün bağlanıb.
3-4 kilometrlik körpü hazırda yalnız piyadalar üçün açıqdır. Bununla belə, Rusiya ordusunun körpünü tamamilə məhv etmək üçün yaxın günlərdə həmin istiqamətə ballistik raket zərbələri endirəcəyi barədə xəbərdarlıq edilib.
Yaranmış vəziyyətlə əlaqədar Dneprin Kiyevdən keçən hissəsi üzərindəki digər iki körpüdən istifadəyə də məhdudiyyət qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.