AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

  • + A
  • - A
  • Bu gün, 11:54

    Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub

    Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında iki ticarət gəmisi dronların hücumuna məruz qalıb.

    Bu barədə Bolqarıstan Prezidenti İliyana Yotovanın ofisi məlumat yayıb.

    Məlumata görə, insident Bolqarıstanın Varna vilayətindəki Byala şəhərindən təxminən 80 mil aralıda baş verib. Hücum nəticəsində gəmilərdən biri batıb, digərində isə yanğın başlayıb.

    "BGNES"in verdiyi məlumata görə, hücuma məruz qalan gəmilər Toqo bayrağı altında üzən ALFA WATAN və Palau bayrağı altında üzən ABLE olub. ABLE gəmisinin 18 nəfərlik heyəti Bolqarıstan bayrağı altında üzən DIOSCURIA bərəsinə təxliyə edilib.

    Hadisə ilə əlaqədar Bolqarıstanın Baş naziri Rumen Radev dövlət qurumlarının iştirakı ilə təcili iclas çağırıb. Prezident İliyana Yotova isə insidentlə əlaqədar Veliko Tırnovo şəhərinə planlaşdırılan səfərini ləğv edib.

    Hücumun kim tərəfindən həyata keçirildiyi barədə hələlik rəsmi məlumat verilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR