AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

  • + A
  • - A
  • Bu gün, 12:33

    Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

    Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər.

    Bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-də məlumat yayıb.

    Görüş noyabrın 13-də videokonfrans formatında keçirilib. Tərəflər həmçinin kənd təsərrüfatı məhsullarının ticarəti, əvvəllər əldə olunmuş razılaşmaların icrası məsələlərini və ticari-iqtisadi əməkdaşlığın digər aspektlərini müzakirə ediblər.

    Nazirlikdən bildirilib ki, Pekin və Vaşinqton fikir ayrılıqlarının tənzimlənməsi və əməkdaşlığın genişləndirilməsi üçün ticarət şurasından yararlanmağa davam edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR