AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əliyevin Paşinyana ağır diplomatik ifadəsi... – Şərh

  • + A
  • - A
  • 20-06-2020, 19:00

    Əliyevin Paşinyana ağır diplomatik ifadəsi... – Şərh
    Ermənistanın Baş naziri Nikol Paşinyan Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində bir daha özünü biabır etdi. Məsələ ondadır ki, Paşinyan “yenilən güləşçi güləşə doymaz” atalar sözündəki kimi Prezident İlham Əliyev tərəfindən diplomatik məğlubiyyətə uğramaqdan doymur. Onu da deyim ki, Prezident İlham Əliyev Paşinyanı bu dəfə sözün əsl mənasında diplomatik naqdaun etdi.

    Bu sözləri AzadMedia.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Nikol Paşinyanın növbəti fiaskosu haqda danışarkən deyib.

    O bildirib ki, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitindəki çıxışında Paşinyan yenə öz natamam siyasi savadını göstərdi:

    “Belə ki, Paşinyan ingilis dilində kağızdan oxuyarkən, beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlətdi. Ermənicə çıxışında isə “Artsax” sözünü dedi. Bu, əslində, çox ciddi diplomatik səhvdir. Çünki beynəlxalq aləm “Naqornıy Karabagh”, yəni “Dağlıq Qarabağ” sözünü qəbul edir. Heç bir qurum, dövlət təşkilatı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını “Artsax” olaraq qəbul etmir. Nikol Paşinyan çıxışı zamanı “Naqornıy Karabagh” deməklə, əslində, beynəlxalq aləmdə bu torpaqların əsl sahibi olaraq kimin tanındığını öz dili ilə təsdiqlədi.

    Xatırlayırsınızsa, Davos Formunda da Paşinyan “Dağlıq Qarabağ Azərbaycanındır” demişdi. Sanki Paşinyan özü də daxilən bu faktı qəbul edib və bəzən bunu düşünmədən dilə gətirir. Onun bu sözləri hətta Paşinyanın daxildə Azərbaycana və onun Prezidentinin diplomatik zəkasına rəğbət bəslədiyi təsəvvürü yaradır”.

    Q.Hüseynli qeyd edib ki, Prezident İlham Əliyev üstün diplomatik bacarığı və dövlətçilik təcrübəsi ilə Paşinyanı hər dəfə çətin vəziyyətə qoyur:

    “Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevə çıxış üçün söz verdi. Ölkə başçısı da diplomatik etiket qaydalarına uyğun olaraq təmsil etdiyi ölkə ilə Aİ arasındakı qarşılıqlı münasibətlərdən, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən və təbii ki, gələcəkdə ittifaq ilə əməkdaşlıq perspektivlərindən danışdı. Ölkə başçısı çıxışı zamanı adəti üzrə Azərbaycan həqiqətlərini, o cümlədən torpaqlarımızın işğal faktını bir daha sammit iştirakçılarının diqqətinə çatdırdı. Nikol Paşinyan isə erməni xislətini göstərərək, elementar etiket qaydasını pozaraq, təmsil etdiyi ölkənin rəhbər funksiyasına yaraşmayan tərzdə ermənicə replika atdı. Paşinyan bu hərəkəti ilə təmsil etdiyi xalqın və özünün əsl xislətini bir daha nümayiş etdirdi.

    Əslində, Paşinyan bu hərəkəti ilə özünü siyasi zərbəyə açıq bir rəqib halına gətirdi. Çünki Paşinyan replikasında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına guya istinad etdi, Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyini dedi. Prezident İlham Əliyev isə soyuqqanlı və hazırcavab tərzdə rəqibini siyasi naqdaun edəcək o tarixi faktı dilə gətirdi. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinin diqqətinə erməni terrorçularının dünyaca məşhur olduğu çatdırıldı. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub.

    Sonda isə Prezident İlham Əliyev heç bir çətinlik çəkmədən zəif, aciz Paşinyana diplomatiyada kifayət qədər ağır ifadə sayılan “sakit oturmağı” tövsiyə etdi”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR