AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hava XƏBƏRDARLIĞI: temperatur 5-7 dərəcə aşağı düşəcək

  • + A
  • - A
  • 22-06-2020, 14:35

    Hava XƏBƏRDARLIĞI: temperatur 5-7 dərəcə aşağı düşəcək


    Həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında mülayim cənub küləyinin sürəti 5-10 m/s, arabir 12-15 m/s olacaq.

    Havanın temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

    Həftənin sonunda isə hava şəraitinin qeyri-sabit keçəcəyi, iyunun 25-i gündüzdən 27-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

    Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək, 24-26 dərəcə isti olacaq.

    İyunun 22-25-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, həftə sonunda isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, iyunun 25-27-də isə ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

    Havanın temperaturu 35-39, iyunun 26-27-də ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 28-33 dərəcə isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR