AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan koronavirus (COVİD-19) infeksiyasının qarşısında aciz qalıb

  • + A
  • - A
  • 28-06-2020, 19:19

    Ermənistan koronavirus (COVİD-19) infeksiyasının qarşısında aciz qalıb

    ​ ​ İşğalçı Ermənistanda koronavirus (COVİD-19) infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirlərində, Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin mövcud durum qarşısında aciz qalması hər kəsə bəlli olan həqiqətdir. Verilən məlumatlara görə, koronavirus (COVİD-19) infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri işğalçı ölkədə lazımi nəticəni vermir və bu xəstəliyə yoluxanların sayı gündən-günə artmaqda davam edir.​ Məsələn, Ermənistan Səhiyyə Nazirliyi Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin iyun ayının 26-na olan məlumatına görə, son sutka ərzində 814 xəstə sağalıb və indiyə kimi sağalanların sayı 12 min 149 min nəfərə çatıb. Hazırda 11 min nəfərə yaxın koronavirusa yoluxmuş şəxslərin müalicəsi isə davam etdirilir. Başıbəlalı Ermənistanın bu kimi məsələlərdə aciz qalması səbəbindən, indiyə kimi bu ölkədə ölənlərin ümumi sayının 500 nəfərə yaxın olduğu söylənilir.

    ​ ​ ​ ​ ​ Bəzi açıqlamalara görə, Ermənistan Səhiyyə Nazirliyi ümumi vəziyyətin hələ də çıxılmaz və son dərəcə ağır durumda olduğunu qiymətləndirir və belə bir səbəblər üzündən də, müəyyən təcili tədbirlərin görülməsinin zəruri olduğunu dilə gətirirlər. Artıq vəziyyət o həddə çatıb ki, işğalçı ölkənin səhiyyə sisteminə yardım göstərmək üçün, bir qrup fransalı həkimlər Fransadan xüsusi çarter reysi ilə Yerevana gəliblər. Bu koronavirusla mübarizədə yardım göstərmək üçün, işğalçı ölkəyə Fransadan gələn ikinci həkimlər qrupudur.

    ​ ​ ​ ​ ​ Baş nazir Nikol Paşinyan iyunun 18-də özünün Facebook səhifəsində əhalinin koronavirusla mübarizəyə etinasız yanaşmasından sarsıldığını bəyan edir və epidemiya ilə mübarizə qaydalarına əməl olunmadığını əks etdirən fotoşəkillər də yerləşdirir.​ Şəkillərdə qadağan olunmuş kütləvi tədbirlərin, tibbi maska və əlcək taxmamış ticarət işçilərinin, sərnişinlə dolu avtobusların və s. kimi şəkillər əks olunur. Bəzi şəxslər isə, sosial şəbəkələrdə Baş nazir Nikol Paşinyanın Şuşada Arayik Harutyunyanın andiçmə mərasimində iştirak etməsini və həmin mərasimlə bağlı düzənlənmiş tədbirdə epidemioloji təhlükəsizlik qaydalarına riayət olunmadığını, masa arxasında toplaşanların əksəriyyətinin nə maska taxdıqlarını, nə də ki, ​ sosial məsafə saxladıqlarını qeyd edirlər. Yəni, həmin şəxslər andiçmə mərasimindən sonrakı banketdə Paşinyanın özünü karantin rejiminin qaydalarını pozduğunu bildirirlər.

    ​ ​ ​ Əldə olunan bəzi məlumatlara görə, bu gün işğalçı ölkədə təqribən 1600-ə qədər müəssisə fəaliyyətini dayandırıb ki, bu da çıxılmaz durumda olan Ermənistana heç də yaxşı gələcək vəd etmir. Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsindən daha bir sarsıntılı məlumatı paylaşıb. ​ Belə ki, o, qeyd edib ki, təkcə bir gün ərzində Ermənistanda rekord sayda insan, yəni - 723 nəfər koronavirusa yoluxub. Hətta o, onu da qeyd edib ki, Ermənistanda koronavirus infeksiyası ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Yayılan məlumatlara görə, işğalçı ölkədə 13 iyun tarixinə kimi ​ koronavirus infeksiyasına yoluxanların sayı 16​ 004 nəfərdən çox olub. Bütün bunlar da onu göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan uğursuz və yöndəmsiz addımları ilə, bu ölkəni çıxılmaz duruma salıb. Düşünürük ki, tarixən Azərbaycan xalqına qarşı düşmən münasibətdə olan bu ölkəyə, o böyük Yaradanın bəxş edəcəyi “töhfələr” Ermənistanı daha dərin uçuruma sürükləyəcək.

    Məşhur Məmmədov

    Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR