AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bağlanan banklardakı əmanətlərlə bağlı yeni xəbər

  • + A
  • - A
  • 6-07-2020, 21:40

    Bağlanan banklardakı əmanətlərlə bağlı yeni xəbər

    Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 11,3 min əmanətçisinə qorunan əmanətlər üzrə iyulun 6-na “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 181,4 milyon manat kompensasiya ödəyib.

    Fonddan Axar.az-a bildirilib ki, ləğv prosesində olan “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb, kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

    Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

    “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR