İrəvan etiraflara başladı: erməni zabitlər məhv edildi
Azərbaycan ordusunun açdığı atəş nəticəsində Ermənistan ordusunun iki hərbçisi məhv edilib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi yayıb. Məhv edilənlərin mayor Qaruş Ambarçumyan və kapitan Sos Elbakyan olduğu vurğulanıb.
Qeyd edək ki, bu, Ermənistan tərəfindən itkiləriylə bağlı indiyə qədər edilən ilk açıqlamadır. Bundan öncə yalnız 5 yaralının olduğu bildirilmişdi.
***
Ermənistan Tovuz istiqamətində təxribatına cavab olaraq Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində verdiyi itkilərdən daha ikisini rəsmən etiraf edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyanın da Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüşdə məhv edildiyini bildirib.
Azərbaycan MN-in məlumatına görə, düşmən 100-dən artıq əsgər itirib.