"Tank və helikopterimizin vurulması yalandır" - Müdafiə Nazirliyi
Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.
Unikal.org xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi təkzib yayıb.
Bildirilib ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.