AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan beynəlxalq aləm üçün təhlükədir, o, Cenevrə konvensiyasının qaydalarını pozub

  • + A
  • - A
  • 1-10-2020, 11:30


    Tam 30 ilə yaxın bir müddətdir ki, Ermənistan Cenevrə Konvensiyasının tələblərini ardıcıl şəkildə pozur. Bu da azmış kimi, beynəlxalq ictimaiyyətin diqqətini yayındıraraq, manevr siyasəti ilə məşğuldur. Bu qədər müddətdə, dünya ictimaiyyəti münaqişəyə ikili standartlar prizmasından yanaşdığından, Ermənistan dövlətinin işğalçı siyasəti və erməni hərbi-siyasi rəhbərlərinin hərbi-siyasi cinayətləri öz hüquqi qiymətini hələ də tapmayıb. Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə ilə bərabər, humanist rəftarın təmin edilməsi, eyni zamanda müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Ermənistan isə konvensiyanın qaydalarını Azərbaycana qarşı birmənalı şəkildə pozub və bugünə qədər beynəlxalq müstəvidə ona sanksiyalar tətbiq olunmayıb..

    Fikrimcə, tarixdə cəzalanmayan işğalçı tapmaq asan deyil..

    Bu illər ərzində, nə beynəlxalq təşkilatlar, nə də beynəlxalq ictimaiyyət ermənilərin azərbaycanlı mülki əhaliyə qarşı qeyri-insani münasibət göstərməyinə konkret mövqe nümayiş etdirmədi. Bu isə Ermənistan hakimiyyətinin getdikcə daha da radikal bununla paralel olaraq, daha azğın addımlar atmasına şərait yaratdı. Ermənistanın terror aktı olaraq Azərbaycan torpaqlarında həyata keçirdikləri, təkcə etnik terror deyil, bu eyni zamanda, mədəniyyət abidələrimizin darmadağın etmələri, məscidlərimizi axırlara çevirmələri ilə beynəlxalq aləmdə mədəniyyət faciəsi törədiblər, onlar bu əməlləriylə bütün İslam aləmini təhqir etmiş olublar. Bütün bunlar bir daha sübut edir ki, onlar İslamofobiya və Azərbaycanfobiya siyasəti nümayiş etdirirlər, hər nə qədər beynəlxalq ictimaiyyət bu olanlara göz yumsa da.. Ermənilərin bu hərəkətləri beynəlxalq hümanitar hüququn tələblərinə tam ziddir. Deməli, dünya ictimaiyyəti belə bir qeyri-insani praktikaya terrorçu Ermənistanın nümunəsində ən azı 30 ildir ki, rast gəlir. Onların etdikləri, nə insanlıq, nə də beynəlxalq humanitar normalarla bir araya sığmayan iyrənc əməllərdir.

    Eyni zamanda, Ermənistanın anti-Azərbaycan siyasətini, bu ölkənin işğal altında saxladığı torpaqlarımızda həyata keçirdiyi, heç bir qanun çərçivəsinə, insanlığa sığmayan cinayətlərini prezident İlham Əliyev dəfələrlə beynəlxalq qurumların tribunalarındakı çıxışlarında bəyan edərək, bu faktı dünya ictimaiyyətinə çatdırıb.

    Bildiyimiz kimi, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib və Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda çıxış edərək, “..Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi

    köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”, deyə qeyd edib.

    Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq hüquq və beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı olduğunu bilir. Çünki bizim davamız beynəlxalq humanitar hüquqa və ədalətə əsaslanır. Bizim davamız yalnız öz torpaqlarımzı erməni işğalından xilas etmək uğrunda gedir. Bu haqlı davada Azərbaycanın kifayət qədər güclü ordusu var. Həmdə öz borcunu yüksək əzmkarlıq və ruh yüksəkliyi ilə gürurlu bir şəkildə yerinə yetirən rəşadətli Azərbaycan Ordusu. Əgər, bu gün torpaqlarımızın strateji yüksəklikləri və məntəqələri azad edilibsə, deməli, Azərbaycan əsgər və zabitləri vətən uğrunda borcunu layiqincə, şərəfli bir şəkildə yerinə yetirib və yetirir.

    Real vəziyyətdə, Erməni vandalizminin qarşısında bu gün, bütün dünyada soydaşlarımızın sərgilədiyi əsl vətəndaş mövqeyi ürəyi Azərbaycan olan hər kəsi hədsiz qürurlandırır. Gərək səngərdə, gərəksə də xarici ölkələrdə üç rəngli bayrağımıza nifrətlə baxan “ASALA” təfəkkürlü ermənilərin qarşısında möhkəm iradə nümayiş etdirən Azərbaycan disporası, diaspor təşkilatları və ruhu Qarabağ olan bütün vətəndaşlarımızla fəxr edirik.

    Bu gün Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı həyata keçirir. Biz inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad ediləcəkdir. Çünki bugün bizim olanı bizə qaytarmağın tam zamanı. Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan Ordusu bu gün öz torpaqları uğrunda öz ərazisində vuruşur. Azərbaycanın erməni xalqı ilə heç bir işi yoxdur. Yaranmış gərgin vəzyyətə görə, bütün hərbi-siyasi məsuliyyəti yalnız Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Və təəssüflər olsun ki, Ermənistanın indiki rəhbərliyi verdiyi bəyanatların heç bir məsuliyyətini dərk etmir.

    Yüksək səslə - qoy bütün dünya - Ermənistan və havadarları bilsin ki, Qarabağ Azərbaycandır!

    ÜLKƏR PİRİYEVA - POLİTOLOQ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR