AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Özbəkistan Ali Məclisinin sədri Sahibə Qafarovaya məktub göndərib

  • + A
  • - A
  • 19-10-2020, 18:59


    Özbəkistan parlamentinin sədri Ermənistan tərəfindən Gəncə şəhərinin artilleriya atəşinə tutulması ilə bağlı narahatlığını bildirib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

    Özbəkistan Ali Məclisinin sədri Nurdinjon İsmailov Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb. Məktubda o dost ölkə olaraq Özbəkistanın Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

    Məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Özbəkistan Respublikasının prinsipial mövqeyi bir daha diqqətə çatdırılaraq bildirilib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır.

    Özbəkistan parlamentinin sədri gələcəkdə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR