AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Terror “erməni xəstəliyi”nin təzahürüdür

  • + A
  • - A
  • 23-10-2020, 13:53


    Nurəddin ƏDİLOĞLU yazır

    Ona görə də dünya birliyi “terrorçunun milliyyəti, dini olmur” həqiqətindən çıxış edərək Azərbaycana erməni terrorizminə qarşı mübarizədə dəstək olmalıdır

    Azərbaycan Ordusuna cəbhəboyu hərbi əməliyyatlarda məğlub olan düşmənin silahlı bölmələri “erməni xəstəliyi”nə xas olan fitnəkarlıqla dinc əhaliyə qarşı müharibə cinayətləri törətməkdə davam edirlər.

    Bu günlərdə erməni jurnalisti Yeva Abramyan Gəncəyə raket atılarkən uşaqların, qadınların da qətlə yetirilməsindən ruhlanaraq, muzdlu cinayətkarlardan və terrorçulardan təşkil olunmuş erməni ordusuna çağırış edib ki, Azərbaycanın dinc əhalisini daha artıq qətlə yetirmək, onlara daha artıq raketlər atmaq lazımdır. Fəqət, bu xəbəri tirajlayan Ermənistan mətbuatı fərqinə varmır ki, nasizmdən də qat-qat təhlükəli olan “erməni xəstəliyi”nin “simptomları” təkcə Azərbaycanın dinc əhalisinin faciəsinə səbəb olmur, həm də bir millət olaraq erməniləri bədbəxt hala salıb. Şübhəsiz ki, belə “yırtıcı çağırışı” irsi xəstəliyə mübtəla olmuş erməni deyə bilər. Elə Yeva Abramyanın mənəvi anası Silva Kaputikyan da ötən əsrin 80-ci illərinin sonunda - Qarabağ hadisələrinin qızğın çağlarında İrəvanın Teatr meydanında ağzı köpüklənə-köpüklənə öz həmtayfalarına belə hissləri aşılayırdı: “Lazım gəlsə, Qarabağ üçün hamımız öləcəyik.”

    İş o yerə çatmışdı ki, dünya ermənilərinin katolikosu Vazgen də həmin meydanda deyirdi ki, üç milyon ermənini qurban verməyə hazırıq, təki Qarabağ Ermənistana verilsin. Uzun illər boyu yeritdikləri antitürk siyasəti, törətdikləri vəhşiliklər, uydurduqları yalanlar genetik “erməni xəstəliyi” adlanır. Bu barədə yazılı məlumatlar çoxdur. Məsələn, Moskvada ötən əsrin ortalarında çap olunmuş Böyük Sovet Ensiklopediyasını tərtib edən alimlər bu mövzuya ayrıca məqalə həsr

    etmiş və adını “Erməni xəstəliyi” qoymuşlar. Bundan başqa, sözügedən xəstəliyə aid 1982-ci ildə nəşr olunmuş Böyük Tibb Ensiklopediyasında məqalə dərc edilmişdir. Qeyd olunur ki, bu xəstəliyə yalnız ermənilərdə və ya erməni genlərinə malik olan insanlarda “periodik” (vaxtaşırı) təsadüf olunur. Sindromları tropik qızdırmanı xatırladan, ümumi süstləşməyə, qarın və baş ağrılarına səbəb olan xəstəlik 1930-cu ildən etibarən tibbi ədəbiyyatlara “Maladie Armenienne” (fransızcadan tərcümədə “erməni xəstəliyi”) adı ilə daxil olmuşdur. Uzun illər bu problemi araşdıran ABŞ gen mühəndisi, doktor Deniel Kasterin fikrincə, bir neçə min il bundan qabaq Afrikanın şimalında, daha dəqiq desək, indiki İraqın və Efiopiyanın ərazilərində analoji genin daşıyıcıları olmuşdur və bu xəstəlik onlardan yayılmışdır. Bu fakt elmdə ermənilərin Şimali Afrikadan gəlmə olduqları iddialarını da gündəmə gətirmişdir.

    Ermənilərin özlərinin qədimlikləri haqqında uydurduqları saysız-hesabsız əfsanələr var. Bu uydurmalardan biri də Nuh peyğəmbərin guya erməni olması haqqındadır. Bu barədə gürcü alimi Quram Marxuliya Tbilisidə nəşr olunan “Ermənilər Ermənistan axtarışında” adlı kitabında “Ermənistanın paytaxtı, Azərbaycan şəhəri İrəvan” başlıqlı yazısında ətraflı bəhs olunur.

    Ermənilər özlərini uydurma əfsanələrə o qədər inandırıblar ki, bu da onlarda guya dünyada “ən qədim, ali xalq” olmaları fikrini yaradır. Başqa xalqlara, xüsusən, türklərə düşmən münasibət, nasizmdən də qat-qat güclü olan “erməni xəstəliyi” bu gün Nikol Paşinyanın gülünc, sərsəm bəyanatlarında da özünü büruzə verir.

    Çox təəssüflər ki, ikili siyasi standartlar dünyasında çoxlu ədalətsizliklərin şahidi oluruq. Ermənilərin zor gücünə Azərbaycanın qədim torpaqlarında ikinci dövlət yaratmaq istəyini, işğalçılıq siyasətini kəskin şəkildə qınamaq əvəzinə BMT başda olmaqla digər beynəlxalq təşkilatların, eləcə də ATƏT-in Minsk qrupunda təmsil olunan ABŞ, Fransa, Rusiya üçlüyünün “qətiyyətsizliyi” işğalçı Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” arzusuna “qol-qanad” verdi. Ön cəbhədə dəfələrlə məğlubiyyətin acısını dadan Ermənistanın Gəncənin mərkəzi

    hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının, bir sözlə, “erməni xəstəliyi”nin növbəti bariz göstəricisi oldu.

    Dünyanın aparıcı dövlətləri bilməlidirlər ki, bu gün Azərbaycan xalqına yönəlmiş “erməni xəstəliyi”nin təzahürü olan terror aktları sabah beynəlxalq təhlükəsizliyə, bəşəriyyətin gələcəyi üçün təhdid deməkdir. Çünki qədim Azərbaycan torpaqlarında hiylə yolu ilə dövlət quran Ermənistanın bu gün çevrəsində olan 4 qonşu ölkənin üçünə qarşı ərazi iddiaları var. Dünyada ikinci belə xəstə təfəkkürlü millətə rast gəlmək mümkün deyil. “Erməni xəstəliyi”nə yoluxmuş balayanlar, sarkisyanlar, koçaryanlar, paşinyanlar Azərbaycan xalqının işğal altındakı torpaqlarının azadlığı uğrunda haqlı davada qazandığı uğurları həzm edə bilmirlər. Bu ədalətli Vətən müharibəsində ən müasir silahlardan istifadə edən şanlı Azərbaycan Ordusuna paxıllıq hissi Ermənistanı içindən yeyib-gəmirəcək...

    Xalqımız Milli Ordumuza güvənir, hər gün ekran qarşısında oturub Ali Baş Komandanın verəcəyi yeni qələbə müjdəsini gözləyir. İgid əsgərlərimiz, səriştəli zabitlərimiz illərlə sağalması müşkül olan “erməni xəstəliyi”nin Azərbaycan xalqına qarşı törətdiyi bütün hərbi cinayətlərin qisasını tezliklə alacaqdır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR