AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycana dəstək” şüarı ilə Türk Ticarət-Sənaye Palatası növbədənkənar iclas keçirəcək

  • + A
  • - A
  • 29-10-2020, 13:14

    AzadMedia.az xəbər verir ki, Türk Ticarət-Sənaye Palatasının növbədənkənar iclası noyabrın 2-də Bakıda “Azərbaycana dəstək” şüarı ilə keçiriləcək.

    AzadMedia.az bu barədə Türk Şurasının Katibliyinə istinadən məlumat verir.

    Qeyd olunur ki, iclas başlamazdan əvvəl Türk Şurasının baş katibi və ticarət-sənaye palatalarının prezidentləri görüşün keçirildiyi yerdən Dağlıq Qarabağda müharibədən zərər çəkmiş Azərbaycan vətəndaşlarına humanitar yardım və avadanlıq daşıyan yük maşını yola salınacaq.

    İclas “Azərbaycana dəstək” şüarı ilə keçiriləcək və “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni erası” mövzusunda təqdimat baş tutacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR