Hikmət Hacıyev: “Ermənistanın müharibə şərtlərini pozması barədə beynəlxalq təşkilatlar məlumatlandırılacaq”
![]()
Gəncə, eləcə də Bərdə düşmən tərəfindən ballistik raketlərdən atəşə tutulub. Nəticədə, mülki şəxslər həlak olub.
Bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünkü brifinqdə deyib.
O bildirib ki, Ermənistanın qadağan olunmuş kasetli bombalardan istifadə edərək mülki şəxsləri hədəfə alması ilə bağlı məqamlar barədə məlumatlar beynəlxalq təşkilatlara təqdim olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.