AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hikmət Hacıyev: “Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərə zəmin hazırlayır” - FOTO

  • + A
  • - A
  • 4-11-2020, 12:41



    Ermənistan Azərbaycan torpaqlarında dinc əhalini atəşə tutmağa və çirkin əməlləri ilə hərbi cinayətlər törətməyə davam edir.

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyanın bu barədə paylaşımına münasibət bildirib.

    “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutur. Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycan mülki vətəndaşlarına qarşı yeni hərbi cinayətlər üçün zəmin hazırladıqları aşkardır”, - o qeyd edib.

    Xatırladaq ki, A.Naqdalyan Azərbaycan ərazisinin atəşə tutulmasına haqq qazandıran açıqlama paylaşıb.

    Armenian armed forces are shelling with heavy artillery villages of occupied Aghdam region of Azerbaijan. It was obvious in the statement of MFA Armenia that they were paving ground for new #WarCrimes against Azerbaijani civilians. pic.twitter.com/9bkkgkuJXD

    — Hikmet Hajiyev (@HikmetHajiyev) November 4, 2020


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR