Bu gün ölkəmiz daha bir bayramını - Milli Dirçəliş Gününü qeyd edir. Bu bayramın yaranma tarixindən bu günə qədər keçən tarixinə nəzər salsaq görərik ki, ölkə vətəndaşları bu ilki qədər Milli Dirçəliş Gününü belə qürurla, şadyanalıqla qarşılamayıb.
Bu sözləri Azadmedia.az saytına Milli Məclisin deputatı Məşhur Məmmədov Milli Dirçəliş Gününü ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.
Dünən hamılıqla ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza, dünənə kimi görəcəyimizi yuxu kimi sandığımız, həmişə İrana səfər edən vətəndaşlarımızın həsrətlə boylandıqları Xudafərin tarixi körpüsünü ziyarətini izlədik. Cənab Prezidentin bayraq qarşısında diz çöküb onu öpüb zirvələrə qaldırması hər birimizi duyğulandırdı, qürur hissi yaratdı. İşğaldan yeni azad olunmuş Füzuli və Cəbrayıl rayonlarında Prezidentin mühafizəsiz şəxsi avtomobil idarə etməsi bir daha onun cəsurluğunu sübut etdi, - deyən deputat qeyd etdi ki, ilk gündən Prezidentin işğaldan azad olunmuş yerlərə səfər etməsi igidlərimizin qanı bahasına alınmış torpaqlarımızın diqqət mərkəzində olmasından, tezliklə işğala məruz qalmış ərazilərimizin abadlaşmasından, infrastrukturların bərpa olunacağından xəbər verir. Prezident İlham Əliyev çıxışlarından birində işğalçı Ermənistanı Azərbaycana vurduğu ziyana görə Beynəlxalq Məhkəməyə verərək təzminat ödətdirəcəyini bildirmişdi. Ali Baş Komandanımız qətiyyətini bütün xalqa sübut etdi, inanırıq ki, tezliklə Ermənistanı da etdiyi vandallığa görə Beynəlxalq Məhkəmədə qətiyyəti ilə təzminat verməyə məcbur edəcək, - deyən M. Məmmədov son günlər Kəlbəcərdə yaşananlardan da təəssüf hiss keçirdiyini bildirdi.
Evlərin yandırılması, ağacların qırılması, kilsədən tarixi eksponatları daşıma cədləri, hətta acgözcəsinə unitazı aparmaları, doğma Kəlbəcərimizi viran günə qoymaları qəlbimizi ağrıtsa da, bütün dünyanın sosial şəbəkələrin izlədiyi bir vaxtda bütün dünyaya vəhşiliklərini öz əməlləri ilə sübut etdiklərini söylədi.
Sonda deputat Kəlbəcərin boşaldılmasının gecikməsindən narahat olanlara da narahat olmamağı, həmişə tolerantlığı, humanizmi ilə seçilən ölkəmizin düşmənin son bəhanəsini kəsmək üçün humanistcəsinə Prezident tərəfindən bu addımın atıldığını bildirdi, Vətən Müharibəsi dövründə olduğu kimi, yenə də sosial mənsubiyyətindən, cəmiyyətdə tutduğu yerdən asılı olmayaraq hamını bir yumruq kimi Prezidentin ətrafında birləşməyə çağırdı.
Biz birlikdə güclüyük!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.