“Noyabrın 10-da Rusiya Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanata əsasən, Dağlıq Qarabağ münaqişəsinə qoyulub. Bu gün həmin bəyanat əsasında Azərbaycan ordusu Ağdama daxil olub”.
AzadMedia.az xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Sədr daha sonra bildirib:
“Əminəm ki, ordumuz Kəlbəcərə, Laçına da daxil olacaq və o torpaqlarda yenidən yaşayacağıq”.
Sahibə Qafarova Azərbaycanın qələbəsinə bəzi qüvvələrin qısqanclıqla yanaşdığını deyib:
“Bu bəyanatdan narahat olan qüvvələr var və bu bəyanatın həyata keçirilməsinə maneçilik törətmək istəyirlər. Fransa rəhbərliyi münaqişənin ilk günündən qeyri-obyektiv mövqe tutub və ordumuzun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyib”.
S.Qafarova vurğulayıb ki, hətta bəzi fransız deputatlar müharibənin aktiv dövründə qanunsuz olaraq Qarabağa səfər edib və separatçılara dəstək göstərib. O qeyd edib ki, bu addımlar Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib və Fransanın ATƏT-in Minsk qrupnun həmsədri kimi mandatı ilə ziddiyət təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.