AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni-fransız həmrəyliyinin mayasında türkə nifrət durur

  • + A
  • - A
  • 24-11-2020, 22:16


    Demokratiyadan, insan azadlığından söz düşəndə “ağzına çullu dovşan sığmayan” Fransanı tarixin səhnəsində oynadığı rollardan yaxşı tanıyırıq. Vaxtilə müstəmləkə altında saxladığı 225 ölkə və əyalətdən rüsvayçılıqla qovulan Fransa ötən əsrin ikinci onilliyində də erməni separatçıları ilə əlbir olmuşdu. Türkiyənin cənub-şərq vilayətlərində qəhrəman türk əsgərinin gücünü görən Fransa Antepdə, Maraşda, Urfada ağır məğlubiyyətin acısını dadmışdı. Ermənilərlə bərabər burnu əzilən və müstəmləkəçilik siyasətinə ciddi zərbə vurulan Fransa həmin tarixi məğlubiyyətdən sonra hər fürsətdə Türkiyəyə qarşı qərəzli mövqe tutmuşdur. Hətta onunla eyni hərbi- siyasi blokun üzvü olmasına baxmayaraq, Türkiyənin Avropa Birliyinə üzvlük təşəbbüslərini önləmək üçün vaxtaşırı gündəmə gətirdiyi qondarma "erməni soyqırımı" siyasətindən alət kimi istifadə etmişdir.

    Təbii ki, indi öz torpaqlarını erməni işğalından azad edən Azərbaycana qarşı qərəzli münasibət bəsləyən Fransa parlamentinin qondarma “dqr”i tanımaq barədə məsələni gündəmə çıxarması təəccüb doğurmurdu. Çünki bu, o Fransadır ki, "Azadlıq, Bərabərlik və Qardaşlıq" şüarı altında 1789-cu ildə inqilab edərək ən yüksək əxlaqi dəyərlərin həyat normasına çevrildiyini bəyan etsə də, dünya tarixinin səhifələrində aparıcı dövlətlərin soyqırımı reytinqində ön sıralarda durur. Qəsbkarlıq, işğalçılıq, müstəmləkəçilik sahəsində heç bir dövlət Fransanın tarixi rekordunu üstələyə bilməz. Bu işğalçı dövlət Əlcəzairdə 1,5 milyon, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə yüzminlərlə insanı məhv etmiş, İslam dinini qadağan etmiş, din xadimlərini qətlə yetirmişdir. Bəli, bu, o Fransadır ki, yer üzündə elə bir qitə, materik, arxipelaq yoxdur ki, ötən əsrlərdə orda hökmranlıq etməsin, ölkələri amansız istismara, xalqları qırğına, zülmə məruz qoymasın. Yaxın Şərqdə Misir, Suriya, Livan və müasir dövlətlərin ayrı-

    ayrı əyalətləri Fransa əsarətinin, zülmünün acısını dadmışdır. Yerli əlcəzairlilərə "ən yaxşı əlcəzairli - ölü əlcəzairlidir" deyən Fransa Kamerunda da törətdiyi milli, mənəvi soyqırımı izlərinə aid sənədlər elmi mübadiləyə daxil edilmişdir. Fransa Nigeriyada da 1960-cı ilə qədər qırğınlar törətmiş, müqavimət göstərənləri öldürmüş, xristianlaşmanı zor gücünə həyata keçirmişdir. Ən maraqlısı da budur ki, fransızlar ABŞ-ın ayrı-ayrı ştatlarını, Kanadanın ən böyük vilayətlərini uzun illər öz müstəmləkəsi edib.

    Bir sözlə, Fransanın işğal edib müstəmləkəyə çevirdiyi, soyqırımlara məruz qoyduğu ölkə və diyarların sayı 225-dən artıqdır.

    Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov “Bəşəriyyətə qarşı törədilmiş ən qanlı soyqırımlarının müəllifi məhz Fransadır” məqaləsində yazır ki, Fransa saxta erməni soyqırımı yerinə doğrudan da tarix boyunca həyata keçirdiyi soyqırımı aktlarını parlamentində müzakirə edib qərarlaşdırmış olsaydı, dünyada dırnaqarası insan haqlarının və düşüncə azadlığının vətəni olduğunu sübut etmiş olardı.

    İndi Fransanın prezidenti Emmanuel Makron bir tərəfdən Şərq ölkələrinə səfəri zamanı müstəmləkəçiliyi ölkəsinin böyük səhvi hesab edir, digər tərəfdən Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğalda saxlamış faşist Ermənistanı və qondarma “dqr”i aşkar şəkildə dəstəkləyir. Xocalı soyqırımında iştirak edən erməni əsilli vətəndaşlarının cinayət əməllərinə göz yuman Fransa ATƏT-in Minsk qrupunun həmsədri olsa da, haqq-ədalətin bərpa olunmasına, BMT-nin qətnamələrinə qarşı çıxıb. Bu azmış kimi, Paris Meriyası Azərbaycana aid torpaqlarda qeyri-qanuni fəaliyyət göstərən separatçı rejimin tanınması barədə qətnamə qəbul etmişdir.

    Dünya erməni terrorunun Fransada yaranıb böyüdüyünü unutmamalıdır. Ermənilər məhz Fransada türk diplomatlara qarşı silsilə terror aktları törədə bilmişdilər. Əfsus ki, indiyə qədər “erməni genosidi”ni ard- arda bir neçə dəfə tanıyan, bununla ürəyi soyumayıb, “genosidi inkar edənlər”ə qarşı cinayət işinin açılması barədə parlament qanunu qəbul edən yeganə ölkə də Fransadır.

    Bu gün Fransa antiislam təbliğatını dövlət siyasətinə çevirib. İslam peyğəmbərinin təhqir olunduğu karikaturalar və onların sayını dəfələrlə

    artırmağa “söz azadlığı” donu geydirən Fransa həm də bununla antiislam mövqeyini ortaya qoyur. "İslam bu gün bütün dünyada böhran içində olan bir dindir və biz bunu yalnız öz ölkəmizdə görmürük" deyən Makronun çıxışı təkcə əsl antiislamçı olduğunu ifşa etmir, eyni zamanda, Fransada təhsil alan müsəlman tələbələrin həyatını təhdid edir. Fransa rəhbərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi həm onun erməni lobbisinin təsiri altında olması, həm də İslam aləminə nifrəti ilə birbaşa əlaqəlidir. Makronun çıxışı sosial mediada da mübahisələrə səbəb olub.

    Fransalı akademik Rim-Sarah Alaoune “Twitter” səhifəsində bu barədə belə yazıb: “Prezident Makron İslam dinini bu gün bütün dünyada böhran içində olan bir din kimi xarakterizə edib. Nə deyəcəyimi bilmirəm. Bu, o qədər axmaq bir fikirdir ki, (üzr istəyirəm amma bu, belədir) burada heç başqa bir təhlilə də ehtiyac yoxdur. Narahatlığımı gizlətməyəcəyəm. Kraystçerç şəhərində baş verən dəhşətli terror aktını, Fransanın rasizmi ixrac edən ölkə olmasını da qeyd etmək lazımdır.” Fransız müsəlman fəalı Yasser Louati isə öz “Twitter” səhifəsində yazıb: “Əvvəllər müsəlmanlara qarşı repressiya bir təhlükə idisə, indi bu, artıq reallığa çevrilib. Bir saatlıq çıxışı zamanı Fransa prezidenti dünyəviliyi dəfn edib, ifrat sağçılara və müsəlmanlar əleyhinə solçulara stimul verərək, qlobal pandemiya şəraitinə baxmayaraq, evdə təhsil almaq üçün kəskin məhdudiyyətlərin həyata keçirilməsinə çağırış edib və müsəlman tələbələrin həyatını təhdid edib.”

    Makronun siyasətini tənqid edənlərin arasında məşhur fransalı aktyor Jerar Depardiye də var. Aktyor prezident Makronun hərəkətlərini və yeritdiyi siyasətin Fransanı uçuruma apardığını deyib və son hadisələrə görə müsəlmanlardan üzr istəyib.

    Butün bunlara baxmayaraq, Makron Fransası öz müsəlman vətəndaşlarını sıxışdırmaq üçün antihumanist addımlar atmaqda davam edir. Məktəb və universitetlərdə müsəlman, türk düşmənliyi açıq-aşkar təbliğ olunur, dərsliklərdə bu məsələ önəmli yer tutur. İslamın dəyər və simvolları ələ salınır, məscidlərin sayı azaldılır. Onu da qeyd edək ki, Fransa əhalisinin 10 faizə qədəri əsasən ərəb əsilli müsəlmanlardan ibarətdir. Bunların əksəriyyəti isə Fransanın Yaxın Şərq, eləcə də

    Mərkəzi və Şimali Afrikadakı keçmiş müstəmləkələrindən köçüb gələnlərin nəsilləridir.

    Bu gün parlamenti erməni lobbisinin “məsləhəti ilə” qərarlar qəbul edən Fransanın Azərbaycanın Vətən müharibəsində erməni faşistləri üzərində qalibiyyətini həzm edə bilməməsi onu göstərir ki, keçmişdə müstəmləkəçilik və soyqırımı siyasəti aparan Fransa ilə indi Napoleon Bonapartın ən uğursuz xələfi hesab olunan Makronun idarə etdiyi Fransa arasında mahiyyətcə elə bir fərq yoxdur!

    Sözsüz ki, dünya birliyi əsrlərboyu qonşu dövlətlərin torpaqlarına göz dikən Ermənistanın iç üzünü geç-tez görəcək. Elə Fransa prezidenti Emmanuel Makronun da “Qarabağ və ətrafındakı ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir və suveren ölkə tərəfindən müraciət olmadıqca biz ora müdaxilə edə bilmərik” etirafı da bu qənaətimizin ilkin əlamətidir.

    Nurəddin Muğanlı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR