Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin daha 5 generalını təltif edib.
Trend-in məlumatına görə, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.
Sərəncama əsasən Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş general-leytenant Mirzəyev Hikmət İzzət oğlu, general-leytenant Vəliyev Kərim Tofiq oğlu , general-mayor Bərxudarov Mayis Şükür oğlu, general-mayor Rzayev Mübariz Balağa oğlu və general-mayor Sultanov Ağamir Əzizxan oğlu "Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.