AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclis xaricdəki azərbaycanlılarla bağlı qanun layihəsi hazırlayır - ÖZƏL

  • + A
  • - A
  • 27-01-2021, 11:55



    Milli Məclis “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi hazırlayıb.

    Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.

    Komitə sədrinin sözlərinə görə, qanun layihəsi 5 fəsil, 14 maddədən ibarətdir:

    “Azərbaycanda bu sahə ilə məşğul olan Diasporla İş üzrə Dövlət komitəsi fəaliyyət göstərir.

    Son illər xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlandırılması, onların ictimai-siyasi həyata daha yaxından cəlb edilməsi, o cümlədən Azərbaycanın dövlət xəttinin fəal şəkildə xarici məkanda müdafiəsi yönündə mühüm addımlar atılır. Hesab edirik ki, qanun layihəsinin təkmilləşdirilməsində və dolğun formaya salınmasında Dövlət Komitəsinin də mövqeyi olacaq. Onun əsasında ümid edirik ki, belə qanun layihəsini qəbul etmək reallaşacaq”.

    Qeyd edək ki, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsi Milli Məclisin İnsan hüquqları komitəsində hazırlanıb və qəbul olunmaq üçün parlamentin yaz sessiyasına təklif olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR