AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hirkan milli parkında "açıq qapı" günü keçiriləcək

  • + A
  • - A
  • 7-02-2021, 11:15


    Hirkan milli parkının yaranması günü ilə əlaqədar fevralın 9-da milli parkda "açıq qapı” günü keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.

    Bu barədə Azadmedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Lənkəran, Astara və Lerik rayonlarının ərasizini əhatə edən Hirkan milli parkı endemik və üçüncü dövrə mənsub olan qədim mənşəli bitki örtüyünə malikdir. Milli parka səfər edən zaman ziyarətçilər turist marşrutları boyunca hirkan tipli meşələrin zəngin biomüxtəlifliyi ilə tanış olacaq və Xanbulan gölünə açılan unikal mənzərəni seyr edə biləcəklər.

    Qeyd edək ki, Hirkan milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR