Mərkəzi Nəbatat Bağında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmlər doktoru Vahid Fərzəliyev bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Anım mərasimdə XX əsrin dəhşətli faciəsi sayılan Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş olunub.
Mərkəzi Nəbatat Bağının Ağac və kol bitkiləri laboratoriyasının müdiri b.e.d. Elman İsgəndər çıxısında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq, törədilən kütləvi qırğın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissə olduğunu qeyd edib. Həmçinin, Bağın aparıcı elmi işçisi, b.ü.f.d. Tubuxanım Qasımzadə çıxısında ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının və erməni məkrli siyasətinin qanlı cinayətlərinin yaddaşımızdan heç vaxt çıxmayacağını, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayət olduğunu qeyd edib. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Anım mərasimində Bağın direktor müavini, b.e.d., dosent Şakir Qasımov, Bağın elmi katibi, b.ü.f.d. Nilufər Hüseynova və digərləri çıxış edərək Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd etdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.