AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilər Qubadlıda ekoloji terror törədiblər - Fotolar

  • + A
  • - A
  • 7-03-2021, 00:01



    İşğaldan azad olunmuş Qubadlı rayonuna səfər edən Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər burada erməni vandallarının törətdiyi ekoloji terrorun izləri ilə tanış olublar.

    Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

    “Qafqazinfo”nun məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Möhübbət Qurbanov erməni vandallarının Qubadlıda törətdikləri vəhşiliklər barədə məlumat verib.

    Bildirib ki, Həkəri çayı boyunca böyük tut bağları ekoloji terrora məruz qalıb. Bütün ağaclar kəsilib, yandırılıb. Şərq çinarı, yunan qozu kimi nadir ağac növləri məhv edilib.

    107 hektar ərazini əhatə edən Bəsitçay dövlət qoruğu ekoloji terrora məruz qalıb. Burada dəfələrlə yanğınlar törədilib. Kəndlərimiz dağıdılıb, yaşıllıqlarımız məhv edilib.

    Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlərin işğaldan azad olunmuş rayonlara səfəri Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR