AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hadrutda 900 yaşlı Şərq çinarı ermənilər tərəfindən turistik məqsədlə istifadə olunub

  • + A
  • - A
  • 28-04-2021, 20:43

    Xocavənd rayonunun Hadrut qəsəbəsində təbiət abidəsi kimi qeydə alınan 900 yaşlı Şərq çinarı ermənilər tərəfindən turistik məqsədlə istifadə olunub.

    Trend-in məlumatına görə, bunu Ekologiya və təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib. O bildirib ki, bu qədim ağacın diametri 450 santimetr, hündürlüyü isə 40 metrdir:

    "Xocavənddə bu cür 12 təbiət abidəsi var ki, onlardan 7-si Şərq çinarıdır. Bu təbiət abidələri Azərbaycan SSRİ Nazirlər Sovetinin 1982-ci il 167 saylı qərarı ilə təbiət abidələri siyahısına daxil edilib. Monitorinq aparılan ərazilərdə 3 belə Şərq çinarın kəsilmədən saxlanıldığı aşkarlanıb. Əvvəlki ekspedisiyalardan məlum olub ki, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında qeydə alınan 138 təbiət abidəsindən 123-ü kəsilib. Onlardan da 117-si Şərq çinarıdır. Həmin rayonlarda olan təbiət abidələrinin demək olar ki, hamısı kəsilib, yandırılaraq məhv edilib. Hadrutda olan 3 Şərq çinarı isə turistləri cəlb etmək üçün qorunub saxlanılıb. Bu, onu deməyə əsas verir ki, ermənilər Hadrut qəsəbəsində yaşadıqları üçün buradakı təbiət abidələrindən turistik məqsədlərlə istifadə edib və məhv etməyiblər. Yaşamadıqları ərazilərdə isə hətta 2000 ilə yaxın yaşı olan təbiət abidələrini - ağacları məhv ediblər. Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında olan belə tarixi ağacların isə yalnız pöhrələri qalıb. Burada məqsəd mənfur düşmənin həmin ərazilərdə azərbaycanlıların izlərini silmək olub. Ona görə də həmin ərazilərdə olan abidələri məhv ediblər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR