Ukraynanın Azərbaycandakı səfiri Şuşa səfəri ilə bağlı paylaşım edib - Foto
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin Şuşa səfəri ilə bağlı sosial media hesabı üzərindən paylaşım edib.
Azadmedia.az xəbər verir ki, Səfir Vladislav Kanevski "Arzular çin oldu! Mən Qarabağın ürəyinə, Azərbaycan xalqının mənəvi paytaxtına - Şuşa şəhərinə səfər etdim. Bu mənim həm Azərbaycanın böyük tarixi və mədəni irsi ilə, həm də azad olunmuş ərazilərdə iri miqyaslı yenidənqurma bərpa işləri ilə ilk tanışlığım oldu", deyə qeyd edib.
Qeyd edək ki, ukraynalı diplomatın paylaşımı erməni izləyicilər arasında aqressiya yaradıb. Onlar həm səfiri təhqir edən, həm də Ukrayna münaqişəsi və Krımın işğalının haqlı olduğuna dair şərhlər yazıblar.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR