AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Oskar” da 4 ildən sonra bir İLK

  • + A
  • - A
  • 12-01-2022, 13:01

    Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2018-ci ildən bəri ilk dəfə olaraq aparıcının iştirakı ilə keçiriləcək.

    Bu barədə ABC telekanalının əyləncə şöbəsinin rəhbəri Kreyq Erviçə istinadən məlumat yayıb.

    Lakin Erviç aparıcının adını açıqlamayıb. 94-cü “Oskar” mükafatlandırma mərasimi martın 27-də ənənəvi olaraq Los-Ancelesdəki “Dolby Teatrı”nda keçiriləcək. Namizədlərin adları fevralın 8-də açıqlanacaq.

    Qeyd edək ki, sonuncu dəfə 2018-ci ildə “Oskar”ın aparıcısı komediya ustası, aktyor və ssenarist Cimmi Kimmel olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR