Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb.
“Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, - məlumatda vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.