AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Müqəddəs insanlar nümunədir, nümunələr səhvsizdir” - ÖZƏL

  • + A
  • - A
  • 11-03-2022, 19:47


    “Müqəddəs insanlar nümunədir, nümunələr səhvsizdir” - ÖZƏL

    Bu gün, dünya liderləri Cənab Prezident İlham Əliyev haqqında fikirlər səsləndirəndə, ilk səsləndirdikləri fikir belə olur: İlham Əliyev kimi xalqını çox sevən, xalqına dəyər verən ikinci bir lider dünyada yoxdur.

    Təbii ki, məhz dünya liderləri Prezident İlham Əliyevlə iş görüşmələrində, təkbətək dialoqlar zamanı, imzalanan bütün Bəyannamələrin, bütün bəndlərindəki şərtləri müəyyən edən zaman Prezident İlham Əliyevin öz xalqının maraqlarını necə üstün, necə uca tutduğuna şahid olduqları üçün bu fikirdədirlər. Dünya liderləri milyardlarla dünya əhalisinin önündə əsla yalan danışmağa məcbur ola bilməzlər. Onlar gördüklərini və şahid olduqlarını dilə gətirirlər. Prezident İlham Əliyevin imzaladığı Bəyannamələr bu günlə yanaşı 50 il sonraya hesablanmışdır.


    Belə bir deyim var: "Səhvsiz insan yoxdur" biz dünya siyasətini izlədiyimiz zaman, dünya liderlərinin bəzən səhvə yol verdiklərinin şahidi oluruq, əslində nadir hallarda olarsa bu normal haldır. Ancaq mən əminliklə söyləyə bilərəm ki, Cənab Prezident İlham Əliyevin 19 illik fəaliyyətini yaxından izləyən hərkəs də açıq-aydın görə bilər ki, Prezident İlham Əliyevin bütün dediyi fikirlərlə atdığı addımlar üst-üstə düşüb, Azərbaycan dövlət siyasətində bu illər ərzində, qüsursuz bir idarəetmə mövcüddur.

    Müzəffər Prezident İlham Əliyev Azərbaycan xalqı üçün insanlıq nümunəsidir, müqəddəs insanlar nümunədir, nümunələr səhvsizdir, onlarda yanlış ola bilməz. O səbəbdən "səhvsiz insan yoxdur" deyildiyi zaman mütləqdir ki, istisna hallar mövcüddur. Azərbaycan xalqı Allaha hər zaman şükr etməlidir ki, İlham Əliyev kimi mükəmməl insanı Tanrı Azərbaycan xalqına rəhbər olaraq seçilməsi üçün izin verib.

    Hər bir Azərbaycan vətəndaşının ləyaqət borcudur ki, dünya nüfuzlu lider Prezident İlham Əliyevə daim sədaqətli olsun, ehtiram hissi duysun. Müzəffər Prezident İlham Əliyevin Azərbaycan dövləti üçün, Azərbaycan xalqı üçün elədikləri dastanlara sığmaz.

    Biz hələ çox faydalanacağıq Cənab Prezidentin möhtəşəm, uğurlu, mərd-mərdanə siyasətindən. İlham Əliyev kimi dəyərli şəxsiyyətləri təbiət yüz illərlə dünyaya yenidən bəxş etməkdə aciz qalır.

    Uğurlu siyasəti, səhvsiz, qüsursuz idarəçilik sistemini biz bu 19 il ərzində canlı olaraq izləyirik. Günü-gündən yaxşılaşan yaşayış şəraiti, insanların yüksələn maddi rifahı, azad edilmiş torpaqları, qonşularla mükəmməl ünsiyyəti olan bir ölkədə sülh və əmin-amanlıq şəraitində yaşayırıq.

    Heç bir qonşu dövlətlə qərəzli münasibət qurmayan, xaricdən heç bir təhlükə gözləməyən Azərbaycanımız var. Bu gün dünyada baş verən müharibələri, qırğınları, günahsız kütləvi insan ölümlərini, bir çox haqsızlıqları hamımız izləyirik, təbii ki, bu həmin ölkələrin liderlərinin uğursuz siyasətinin nəticəsizdir.

    Azərbaycan xalqı faciə yaşamış xalqdır, günahsız insanlarımız keçmişdə çox həlak olublar, xalqımız öz lideri İlham Əliyevi doğru seçib, ondan möhkəm yapışıb və səhv edib bir daha o qara günləri təkrar yaşamaq istəmir.

    Belə ki, 1993-cu ildən öncə, Azərbaycana rəhbərlik etmiş "siyasətçilər"in hesabına mövcüd olan Ermənistan-Azərbaycan münaqişəsini, biz kökündən Cənab Prezidentin rəhbərliyi altında həll etdik, artıq sülh üçün işlər görürük.

    Dünyada 100-ə yaxın Ermənistan-Azərbaycan münaqişəsi kimi münaqişələr var, ancaq hələ də heç biri öz həllini tapmamışdır. Hal-hazırda həmin illərdə Azərbaycanı bərbad vəziyyətə qoyan AXC-Müsavat cütlüyünün tör-töküntüləri hələ də satqın mövqelərindədirlər, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Azərbaycanın imicinə daim "ləkə" yaxmağa çalışırlar həm ölkə daxilində, həm də ölkə xaricində. Uğurlu siyasətimizi qısqanırlar, həzm edə bilmirlər. Görünür, özlərinin uğursuzluqları onlarda böyük psixoloji iz buraxıb. Yenidən Azərbaycan rəhbərliyinə gəlib, hər şeyi məhv etmək istəyirlər. Təbii ki, Azərbaycan xalqı hər şeyi gözəl bilir, psixoloji durumu bərbad vəziyyətdə olan bu insanlara imkan verməyəcəkdir ki, çirkin əməllərini bir daha həyata keçirə bilsinlər. Təbii ki, onlarında bu cəhdləri boşa gedəcək, hələ o illərdə, Ulu Öndər Heydər Əliyevin çox zəif durumda olan Azərbaycan dövlətinin başına yeni keçdiyi dönəmlərdə heçnə edə bilməyən AXC-Müsavat cütlüyü, indi nə edə biləcək güclənmiş Azərbaycana? O baxımdan, gedib öz işləriylə məşğul olsalar yaxşı olardı, daha faydalı işlər görsələr yaxşı olacaq. Azərbaycan idarəçiliyində onların yeri yoxdur, olmayacaq. Azərbaycan xalqı o xəyanətkar dəstələri tarixin zibil yeşiyinə çoxdan atıb, bir daha şans vermək niyyətində də əsla, ola bilməz.

    Yuxarıda qeyd etdiyim və qeyd edə bilmədiyim Azərbaycan adına olan bütün uğurlu işlər mükəmməl, müqəddəs bir insanın sənət əsəridir, bu dahi şəxsiyyət Prezident İlham Əliyevdir. Dünyaya sülh gətirə biləcək yeganə şəxs odur. Bütün bunlar məhzvə, biz azərbaycanlıların dəyərli varlığı olan, Tanrının bizə bəxş etdiyi İlham Əliyevin əl işidir.

    Mircalal Mehdiyev Lənkəran.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR