AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əhalinin maddi rifahının yüksəlişində Sahil Babayevin əvəzsiz rolu...

  • + A
  • - A
  • 21-03-2022, 19:45

    Əhalinin maddi rifahının yüksəlişində Sahil Babayevin əvəzsiz rolu...

    Əhalinin maddi rifahının yüksəlişində Sahil Babayevin əvəzsiz rolu...

    Azərbaycan uzunömürlülər diyarı kimi tanınır dünyada, təbiətimiz sağlam və uzun ömür yaşamağa imkan verir. Ekoloji cəhətdəndə Azərbaycan çox təmiz ölkədir. Bütün bunlara rəğmən yenə də əksər inkişaf etmiş dövlətlərdən təqaüd yaşı daha aşağıdır ölkəmizdə.

    Aşağı yaşda pensiyaya çıxma göstəricilərinə görə əksər dünya dövlətləri arasında liderik. Hazırda Azərbaycanda kişilər üçün pensiya çıxma yaşı 65 il, qadınlar üçün 62 il 6 aydır.

    Almaniyada isə təqaüd yaşı 67-dir.
    İspaniyada təqaüd yaşı 67-di
    Danimarkada təqaüd yaşı 65-dir.
    Portuqaliyada təqaüd yaşı 2007-ci ildə hər kəs üçün 65-ə yüksəldilib. Bu ölkədə təqaüd almaq üçün 40 il çalışmaq və avans ödəmək lazımdır.
    Meksikada təqaüd yaşı 65-dir.
    Amerikada 65-dir.
    Kanadada təqaüd yaşı 65-dir və.s bir çox ölkələri misal çəkmək olar.

    Vətəndaşların daha tez pensiyaya çıxa bilmələrinin arxasında uğurlu siyasət, uğurlu siyasət hesabına əldə olunan güclü iqtisadiyyatımız dayanır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çox bərbad iqtisadiyyatını təhvil alanda, onun güclənməsi üçün nə lazım idisə etdi. Ulu öndər Heydər Əliyevin çox məhşur bir sözü belə idi: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

    Bəli uğurlarımız Cənab Prezidentin möhtəşəm siyasəti hesabına günü-gündən güclənən iqtisadiyyatımızla bağlıdır. Qarabağın azad olunması, Qarabağda sürətli bərpa işlərinin aparılması, hər gün vətəndaşların yaşayış şəraitinin, maddi rifahının daha da yüksəlməsini buna misal çəkmək olar. Hər şeyi öz hesabımıza edirik, güclü iqtisadiyyatımızın hesabına edirik. Azərbaycan əksər dövlətlərə nisbətən ən az xarici borcu olan dövlətdir və Cənab Prezidentin dediyi kimi, istəsək bu borcu hal-hazırda tam sıfırlamaq imkanımız var. Təbii ki, bütün bu uğurlu işlərin öhtəsindən gələ bilən, uzaqgörən rəhbərimiz var, o rəhbər Prezident İlham Əliyevdir.

    Heçkəsə sirr deyil ki, Cənab Prezidentin möhtəşəm kadr seçmə bacarığı vardır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin uğurlu işini danmaq olmaz. Saxta pensiya alanlarlara qarşı görülən ciddi tədbirlər hesabına 250 milyondan çox manatlıq vəsaitə qənaət edilib. Unutmaq olmaz ki, əhaliyə ödənilən pandemiya ilə bağlı 190 manatın çox hissəsi bu qənaət hesabına ödənilmişdi. Əmək və əhalinin sosial müdafiəsi nazirliyin işi hər şeyi ədalətli bölməkdir və son illər açıq-aydın hiss olunur ki, uğurlu işlər öz yüksək bəhrəsini verməkdədir.

    Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məqsədi kiminsə pensiyasını "kəsmək" deyil, məqsəd şəffafdır, göz önündədir. Hərkəsin anlaya biləcəyi dillə desək layiq olmayan, saxta yolla pensiya alandan alıb, layiq olana verməkdir. Digər, el arasında gəzən belə bir deyim var "varlıdan alıb, kasıba vermək" məhz məqsəd şəffaflığı təmin etmək, balans yaratmaqdır, əhalidə kömək olmalıdır bu işdə. Hətta mən təklif edərdim, kim saxta pensiya alırsa, aidiyyatı üzrə yaxınlaşıb kartını təqdim eləsin və pensiyasını dayandırmağı xahiş etsin. Bu nümunəvi addım alar.

    Pandemiya dövründə biz şahid olduq beş maşını olan, bir neçə evi olan insanlar var idi ki, sms müraciət zamanı 190 azn üçün müraciət etmişdilər. Bu müraciətlər ən azından nahaq yerə sistemi məşğul etmək, maddi durumu pis olanın layiq olduğu 190 azn məbləği əldə etməsini gecikdirmək idi. O zaman xatirimdədir sistem çox ağır işləyirdi, hətta belə söz yayıldı ki, kim qəsdən müraciət edərsə məsuliyyət daşıyacaqdır. Bir çox imkanı yaxşı olub da, ancaq heç bir mülkləri, gəlirləri öz adına olmayan insanlarda 190 azn aldılar. Dövlət bu məsələlərdə müdaxilə edə bilmir. Azərbaycan dövləti hüquqi və demokratik dövlətdir, diktə diliylə danışan dövlət olmadığımız üçün, saxtakarlığı sübuta yetirmək olmursa, müdaxilə edilmir, bu vətəndaşın öz vicdanına qalan məsələdir.

    Əmək və əhalinin sosial müdafiəsi nazirliyin məqsədi bu neqativləri aradan qaldırmaqdır. Ciddi mübarizələrlə yanaşı, bunun üçün əhalini maarifləndirmək yolunda da işlər görürlür ki, məhz saxtakarlığa cəhd olunmasın.

    Dövlət üzərinə düşən vəzifələri çox ləyaqətlə, artıqlamasıyla yerinə yetirik ki, qoy hər gün əhalinin güzəranı yaxşılaşsın, maddi rifahı artsın. Əhalidə bu iş də dövlətə kömək olmalıdır, saxtakarlıqdan yayınmalıdır, imkanı olan, imkanı olmayanın haqqına girməməlidir. Azərbaycan dövləti sosialyönümlü dövlətdir, onun üçün əhalinin maddi rifahı hər şeydən üstündür.

    Mircəlal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR