Azadmedia.az xəbər verir ki, tədbirdə türkdilli ölkələrin mədəniyyət nazirləri, o cümlədən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, təşkilatın Baş katibi Düsen Kaseinov da iştirak edirlər.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy iclas iştirakçılarını salamlayıb. O, TÜRKSOY-un ümumi mədəni dəyərlərə malik türk dövlətlərini birləşdirən təşkilat olduğunu və bugünkü tədbirin əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsini müzakirə etməyə imkan verəcəyini vurğulayıb.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev mədəniyyətin insanları birləşdirdiyini və TÜRKSOY-un bu ideyanı təşviq etməyə çalışdığını vurğulayıb. Bildirib ki, münasibətlərimiz tələbə mübadiləsindən tutmuş ali təhsil müəssisələrinin əməkdaşlığınadək müxtəlif səviyyələri əhatə etməlidir.