AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək - YENİLƏNİB

  • + A
  • - A
  • 19-05-2022, 21:41

    İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında Brüsseldə görüş keçiriləcək - YENİLƏNİB


    Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

    Bu barədə Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub.

    xxx

    17:12

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yaxın günlərdə görüş ola bilər.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş mayın 23-də Brüsseldə baş tutacaq.

    Ermənistan "Respublika" partiyasının sədr müavini Armen Aşotyanın dediyinə görə, görüşdə N.Paşinyanın bəzi güzəştlərə getməsi də ehtimal edilir.

    Qeyd edək ki, 23 mayda Avropa İqtisadi Zonası (AİB) Şurasının 54-cü sessiyası Brüsselsə baş tutacaq.

    Azərbaycan prezidentinin sözügedən sessiyada iştirakı hələlik rəsmi açıqlanmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR