AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağa və Zəngəzura həyat yenidən qayıdır - ÖZƏL

  • + A
  • - A
  • 20-07-2022, 15:19

    Qarabağa və Zəngəzura həyat yenidən qayıdır - ÖZƏL
    Ramin Bəgəlizadə
    YAP Masallı rayon təşkilatı,
    Rayon Statistika İdarəsi üzrə ərazi partiya təşkilatının üzvü, Masallı Rayon Statistika İdarəsinin rəisi

    Qarabağa və Zəngəzura həyat yenidən qayıdır.


    44 günlük şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması və tez bir müddətdə sakinlərin öz ata-baba yurdlarına köçürülməsidir. Dövlətimiz tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq bu işlər sürətlə davam etdirilir.


    Düşmənin 30 il ərzində işğalda saxladıqları ərziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub və hal-hazırda bu proses davam etdirilir. Minaların təmizlənməsi istiqamətində dünya təcrübəsi tətbiq olunur və müasir avadanlıqlar, texnikalar alınır.

    Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. körpü və tunellərin və hava limanlarının tikintisi xüsusi əhəmiyyət daşıyır.​ Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri davam etdirilir.

    İşğaldan azad olunan kənd və şəhərlərin elektrik enerjisi ilə təchiz olunması istiqamətində də ciddi işlər görülür. Bölgənin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni elektrik stansiyaları və yarımstansiyalar tikilir. Bu stansiya və yarımstansiyalar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.

    19 iyul tarixindən başlayaraq Qarabağa ilk qayıdış prosesinə başlanıldı. Qeyd etmək lazımdır ki, ilk məskunlaşacaq sakinlər Zəngilan rayonunun ağıllı kənd modeli əsasında inşa edilən Böyük Ağalı kəndinin əhalisidir. Hazırda ümumilikdə Ağalı kəndinin 1457 sakini var. Onlardan 1357 nəfəri bu kəndə yaşamaq niyyətini bildiriblər. İlk öncə 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülüb. Ümumilikdə isə 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək.
    Qarabağ Azərbaycandır !


    Rəmzi Şahverdiyev




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR