18 iyul bəyanatı
2022-ci il İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib. Görüş zamanı ilkin olaraq dövlətimizin başçısı cənab İlham Əliyev Avropa Komissiyasının Prezidentini Ursula Fon der Lyayeni salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xanım Prezident Ursula Fon der Lyayeni görməyinə çox şad olduğunu bildirmiş və bu səfərdən məmnunluğunu ifadə etmiş, səfərin həqiqətən ikitərəfli əməkdaşlığın vacibliyini nümayiş etdirdiyini vurğulamışdır.,, Çox şadıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bizim siyasi münasibətlərin inkişafı baxımından, sözün əsl mənasında, çox yaxşı nailiyyətlərimiz var. Çox fəal siyasi təmaslar mövcuddur. Bilirsiniz ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq hər zaman gündəliyimizdə üstün yer tutub. Bu gün xüsusən də belədir. Hesab edirəm ki, çox yaxşı nəticələrimiz, nailiyyətlərimiz var. Bu ilin əvvəlində, xanım komissarın səfərindən sonra, biz enerji dialoqunu başlamışıq. Fikrimcə, bu, həmçinin qarşılıqlı marağın çox yaxşı əlamətidir”-deyə cənab Prezident İlham Əliyev çıxışında vurğulamışdır.Bundan başqa, təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirən cənab Prezident Azərbaycan ilə Avropa İttifaqı arasında bu məsələlərin müzakirə ediləcəyi və bu səfər zamanı həmçinin baş tutacaq çox mühüm mərasimdə enerji sahəsində yeni geniş əməkdaşlığın başlanacağından əminliyini ifadə etmişdir.
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen səmimi qəbula görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.Xanım Prezident qeyd etmişdir ki,həqiqətən Azərbaycanla bizim aramızda uzunmüddətli tərəfdaşlıq var. Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir.Biz münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Bu gün imzalayacağımız Anlaşma Memorandumu isə ilk növbədə, nümayəndələrimizin apardığı əla işin nəticələrinə əsaslanır və orada enerji sektorunda etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir.
Ziyalı olaraq bildirmək istəyirəm ki, Prezidentimiz cənab İlham Əliyevin beynəlxalq aləmdə gördüyü işlər dogma Azərbaycanımızın həm siyasi,həm də iqtisadi güclənməsinə,daha da çiçəklənməsinə xidmət edir.
Hakim Qurbanov - Masallı rayonu Tüklə kəndi