AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

18 iyul tarixli birgə bəyanat - ÖZƏL

  • + A
  • - A
  • 21-07-2022, 21:01

    18 iyul tarixli birgə bəyanat - ÖZƏL

    Bu gün Azərbaycan region üçün əhəmiyyətli dövlət, istər Avropa istər digər ölkələr üçün etibarlı və arzuolunan tərfdaşdır. Bakı təkcə regionda ən böyük olan bu sənaye tədbirinə ev sahibliyi etmir. Eyni zamanda, gələn həftə baş tutacaq Formula 1 kimi beynəlxalq yarışın keçirildiyi məkandır.
    Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.
    Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir;
    İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.Bu gün ölkəmizdə keçirilən hər bir işgüzar tədbir ölkəmizin çiçəklənməsinə, inkişafına ölkə vətənbaşlarının sərbəst şəkildə dünyanın istənilən ölkəsinə səfərlər etmək, ali təhsilə yiyələnmək , digər tərəfdən xarici ölkələrin Azərbaycana sərmaylər yatıraraq biznes fəaliyyətləri qurmasına, yeni iş yerlərinin açılmasına və sair bu kimi inkişaf yönümlü prosseslərə hesablanmış qüsursuz siyasətin təzahürüdür. Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir.
    Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur. Əlbəttə ki, gündəliyimiz çox genişdir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır.

    Ceyhun Hüseynov - Masallı şəhər sakini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR