Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında isğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
44 gun davam edən Vətən müharibəsində igid, cəsur, qəhraman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli o xalq böyük xalqdır. Deməli, bu yurdu qorumağa qadir olan ləyaqətli oğullarımız var. Siravi əsgərindən tutmuş geniralınadək hər bir döyüşçü əlində silah Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, doğma Qrabağı qaniçənlərdən təmizləmək, mübarizə apardığımız haqq savaşı naminə canını fəda etməyə hazır idi, bu yolda bir yumruq tək birləşdi.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə , bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Azərbaycan ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribata əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayəti törətmişdir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirmiş, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilərək xatirələri uca tutulur. Vətən müharibəsində qəhramancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpağlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərmizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020- ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsini qərara almışdır.
44 günlük Vətən müharibəsi dönəmində Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Dəqiqliklə deyə bilirəm ki, Azərbaycan qazandığı bu qələbə 44 günlük müharibənin nəticəsi deyil. Belə ki, 17 illik fəaliyyəti dövründə Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Azərbaycanı dünyanın etibarlı tərəfdaşı, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir akfor kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi.
Elə bunun məntiqi nəticəs idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı.
Prezidentimiz prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi qələbə qazanıldı. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbə elə bir gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz- Ağdam,Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarıldı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Milli ordumuzun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, Şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm.
QARABAĞ AZƏRBAYCANDIR!
Hüseynhacılı kənd tam orta məktəbi
Tarix müəllimi Babayev Rafis Yusif oğlu
Ülkər Piriyeva