Biz Vətən müharibəsindən nə qədər danışsaq, nə qədər bu müharibədən statlar sadalasaq yenədə az olar. Vətən müharibəsi tarix boyu heç bir dövlətin edə bilmədiyini bizim xalqımızın, qüdrətli ordumuzun nələrə qadir olduğunu, bir qarış torpağımızın nə qədər dəyərli olduğunu bütün dünyaya sübut etdi.Dünya şahid oldu ki, ölkənin kiçikliyi deyil, Liderin böyüklüyü və xalqın əzmli olması daha vacibdir. Dünya şahid oldu ki, Cənab Ali Baş Komandan İlham Əliyev və onun doğru qərarları, eləcə də onun arxasında dayanan və ona güvənən ordu və xalq qısa bir müddətdə nələrə qadir ola bilərmiş. Vətən müharibəsi təkcə bir xalqın, ölkənin itirilmiş torpaqlarını geri qaytarması deyildi. Vətən müharibəsi bir xalqın torpaqlarla birgə tapdalanmış haqlarının, onlara qarşı törədilmiş haqsız cinayətlərin, işgəncələrin yenidən bərpası idi. Vətən müharibəsinin çoxşahəli əhəmiyyəti bundan ibarətdir. Biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
Biz bu şanlı qələbəni qazanmaq üçün təkcə cəbhədə əldə silah tutaraq deyil, bütün dünya ictimaiyyəti ilə haqlı söz savaşı apararaq qalib gəldik. Cənab Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə edirdi. Belə qətiyyətli siyasətin nəticəsində də münaqişənin həlli üçün əlverişli hüquqi zəmin formalaşmışdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatik müstəvidə ölkənin gücləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət öz müsbət nəticəsini verdi. 2020-ci il sentyabrin 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanla müqayisədə hər cəhətdən üstün olduğunu nümayiş etdirdi.Prezident, Ali Baş Komandan Cənab İlham Əliyevin döyüş əməliyyatları ilə bağlı verdiyi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirərək İşğalçı Ermənistanı tam kapitulyasiyay məruz qoydu və beləliklə də, ölkəmizin ərazi bütövlüyü təmin olundu.
İşğalçı dövlətin məqsədi ötən əsrin 90-cı illərinin əvvəllərində zor gücünə zəbt etdiyi ərazilərimizi sonsuza qədər öz nəzarəti altında saxlamaq idi.Torpaq itkisi ilə barışmayan Azərbaycan isə ədalətli müharibə aparırdı.Döyüşlər bizim torpaqlarda gedirdi, dağıdılan, ağır silahlardan atəşə məruz qalan bizim yaşayış məntəqələrimiz idi.Torpaqlarımızın işğaldan azad edilməsi üçün əsgər və zabitlərimiz sonadək vuruşur, inanılmaz qəhrəmanlıq göstərirdilər.Ordumuzun igidliyi, xalqımızın mərdliyinə sübut olaraq bizlərdə bir dənə belə fərari olmazkən, düşmən ordusunda on mindən çox fərarinin olmasını söyləmək kifayətdir.Vətən müharibəsində döyüşən ordu ilə bərabər prezident İlham Əliyevdə özünü müzəffər sərkərdə kimi təsdiqlədi.Düşmənin bizə qarşı 2020-ci il 27 sentyabrda törətdiyi təxribat artıq cavabsız qala bilməzdi. Silahlı Qüvvələrimiz mövqelərimizi və mülki əhalini qorumaq üçün Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə döyüş əməliyyatlarına başladı. Prezident İlham Əliyev əməliyyatların gedişini şəxsi nəzarətində saxlayır və şəraitə uyğun göstərişlərini, tapşırıqlarını verirdi.Qısa zaman ərzində ordumuz 300-ə yaxın kəndi və bir neçə rayonu döyüşərək düşməndən azad etdi.Nəhayət noyabr ayının 8-də bizim hər birimiz üçün əziz olan Şuşa şəhərinin xüsusi əməliyyatla işğaldan azad edilməsi ilə müharibənin taleyi böyük ölçüdə həll edildi.Bundan cəmi bir gün sonra 70-dən çox yaşayış məntəqəsi və yeni strateji yüksəkliklər ələ keçirildi. Hərbi resursların tükəndiyini, ordusunun darmadağın olduğunu görən düşmən noyabr ayının 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.Və beləcə bu qısa müddət ərzində tarixdə misli görülməmiş bu şanlı qələbəyə imza ataraq öz doğma torpaqlarımızı son qarışınadək düşməndən azad etdik.
44 günlük Vətən müharibəsi heç bir Azərbaycanlının yadından çıxmayacaq və hər birimiz bu Şanlı qələbəni gələcək nəsilə böyük fəxr hissi ilə çatdıracağıq. Qısa müddət ərzində qazandığımız qələbədən sonra geri qaytarılan ərazilərimizi qısa vaxt ərzində bərpa etməyə, dünya standartlarına cavab verən Şəhər və Ağıllı kənd formasında yaşayış məntəqəsinə çevirməklə öz dədə-baba torpaqlarından didərgin olmuş vətəndaşlarımızı öz torpaqlarına tez bir zamanda qaytarmağa başlamışıq. Mən Cənab Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza güvənərək əminliklə deyə bilərəm ki, artıq nə işğalçı Ermənistan və nə də dünyanın heç bir başqa dövləti bizim ərazimizə göz dikə bilməz. Bizim gücümüz artıq dünyaya Bəllidir. Yaşasın Qüdrətli Ordumuz.Yaşasın vətənpərvər, əzmli və qeyrətli Xalqımız...
Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin direktor müavini:Cabbarov Cəmaləddin Sucəddin oğlu
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.