AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Siyasi uzaqgörənliyin gətirdiyi uğur - ÖZƏL

  • + A
  • - A
  • 4-10-2022, 17:23

    Siyasi uzaqgörənliyin gətirdiyi uğur - ÖZƏL
    Tarix yalnız böyük şəxsiyyətlərin böyük əməlləri sayəsində yadda qalır. Azərbaycan xalqının tarixində müstəsna xidmətleri olan şəxsiyyələr, görkəmli siyasət və dövlət xadimləri çox olmuşdur. Belə tarixi şəxsiyyət dünya miqyaslı siyasətçi HEYDER ƏLİYEV-dir. HEYDƏR ƏLİYEV özünün nəhəng fəaliyyəti ilə tarix yaratmış, dünya tarixinin və Azərbaycan tarixinin qızıl səhifələrinə daxil olmuş, parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunmuşdur. Sadə və zəhmətkeş azərbaycanlı ailəsində dünyaya göz açan, min cür cətinliklərdən keçərək H.Əliyev Azərbaycan tarixinə xilaskar kimi daxil olmuşdu. O, mürəkkəb və ziddiyətli dövrlərində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Öz ömür kitabını şərəfləndirən uğurlara imza atmışdır. Bu uğurları əldə etmək üçün olduqca çətin və məsuliyyətli yol keçmişdir. Heydər Əliyev hər zaman məsul vəzifələrdə çalışmışdır. O, dövlət təhlükəsizliyi sistemində yuksək vəzifə tutmuş və general rütbəsini daşımışdır. Xalq H.Əliyevi yenidən hakimiyyətdə görmək istəyirdi. O xalqın müdüklüyünə, birliyinə arxalanaraq ölkəni ağır vəziyyətdən çıxarmağa nail oldu. 1993-cü il 3 oktyabrda, ikinci dəfə 1998-ci il 11 oktyabrında Azərbaycan Respublikasının prezidenti seçildi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra ölkənin hərtərəfli inkişafı üçün bir çox siyasi və iqtisadi tədbirlər həyata keçirdi. İlk növbədə təhlükəsizliyi təmin etmək üçün ordunun möhkəmləndirilməsinə diqqət yetirdi. Torpağının bir hissəsi işğal olunmuş dövlətə güclü ordu lazım idi. Ulu öndər onu da yaratdı. Ətrafında minlərlə vətənpərvəri birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı da Heydər Əliyev oldu. 1994-cü ildə Ermənistanla atəşkəs əldə edildi. Uğurlu xarici siyasət nəticəsində Respublikanın daxilində sabitliyin möhkəmlənməsinə şərait yarandı. Azərbaycanın iqtisadi dirçəlişinə təkan verən və Ulu Öndərin şah əsəri olan ” Əsrin müqaviləsi “imzalandı. Müstəqil dövlətimizin 1995- ci il noyabrın 12- də Konstitusiyası qəbul olundu. Ölkədə abadlıq işləri, tikinti, xidmət sahələri sürətlə inkişaf etməyə başladı.
    Heydər Əliyev təkcə daxili siyasətdə deyil xarici siyasətdə də uğurlu addımlar atmışdır. Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılması, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkənin dünya birliyində layiqli yer tutması H.Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətinin ana xəttini təşkil edirdi. O, 1993- 98-ci illərdə 33 ölkəyə səfər etmiş, 5 il ərzində Azərbaycanla xarici dövlətlər arasında 431 beynəlxalq sənəd imzalanmış, nəticədə fundamental uğurlara nail olmuşdur. Heydər Əliyev iqtisadiyyatla yanaşı elmin, mədəniyyətin, maarifin, ədəbiyyatın və incəsənətin inkişafına daim diqqət yetirmiş və heç bir zaman qayğısını əsirgəməmişdir. Heydər Əliyevin vaxtında apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün torpaqlarımız işğaldan azaddir.

    Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı:
    Quliyev Çingiz Feyzulla oğlu

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR